Azərbaycanın ilk bloq şəbəkəsi

Son 10 yazı:

2011-in insanları.

Yazdı :

İl bitdi, ancaq onlar unudulmayacaq bir iz buraxdı. Onları yaddaşdan silməmək üçün iDream adı altında keçən "LOL" arvadsa xoş gəlmisiniz. Bu yazıda keçən ilin, 2011-ci ilin insanlarını görəcəksiz. Unutmayın səs vermə sizdən yox məhs özlərindən aslı idi. Nominantlar çox idi, ancaq hər biri öz adının qalibi oldu.

İl boyu mazgilərimizi aparan insanlar var idi. Bunlar ya "Qoyun" dostunuz, ya "Selebritilər" (Tanınmışlar) və s. Bunları cins qatıra bölsək, kişi və qadına bölünər. Ona görə də "İlin ən zəhlə tökən kişi və qadını" nominantının qalibi.

Bəli bu ikisi biri öz Sumerkindən biridə öz Balacasıynan (baybi) artıq sinirləri tərpətdi. İnanıramki, bunlar artıq 2012-də sakit durarlar.

Hər birimizin həyatını dəyişən Valentini və Valentinası olub. Xeyr mən qonşu Valentin və Valentinadan dəm vurmuram. Qrılfriendən yəni sevgilidən dəm vururam. İlin sevgilisi nominantını təbiiki, seçməmək günah olardı. Bu seçgilini anlasa oğlanlar anlayar və onu demək istəyirəmki, bu bədən üzvümüzdən biridi. Fikriniz şalvar arasında yatan, "Bədheybətə" ilişməsin. Çünki bu o deyil. "İlin sevgilisi" adını qazanan "Bədən üzvü"
Bu il milyonlarla xəbər yayıldı, filankəs quşdu, filankəs gaydi, filankəs budu, odu və s. Ancaq, filankəs lezbiandır xəbərini görmədik. Ona görədə "İlin Lesbianını" biz özümüz seçdik. Bu arada, elələrindən işiniz olmasın. Dövlət rəsmisində qorunurlar. "İlin Lezbianı" nominantının qalibi.

Hər birimiz SMS-laşırıq. Bəs təsəvvür edinki - Bir dostunuza ayrı söz göndərmək istəyərkən telefonunuz onu Auto Correct edir. Onda qarşılayın ilin ən yaxşı Auto Corectləri. (Yazılar İngiliscədi. Odurki bilmirsizsə özünüzü şəhid etməyin) Oxunmasa yükləyib oxuyun tövsiyyə edirəm :D


İlin unutqanı yaddan çıxmayıbdı. Sizi bilmirəm bu iş mənim başıma çooox tez tez gəlir :). Odurki qarşılıyın..

İlin qorxaq adamıda yaddan çıxmayıbdı :). Uşaqlığda bəlkə neçə dəfə yatağımızın altında çıxıbda bizi yeyən əllər falan filanlar düşənərək yuxumuza haram qatırdığ. Onda isə buyrun ilin qorxağı :)


İlin sualıdakı bu oldu. Sən öl bu Filosaraptorun əlindən hara gedim bilmirəm. İlin sualı nominantının qalibi


İlin adı nominantının qalibi isə

Beləliklə sizə 2011-ci ilin insanlarını göstərdim. Gələn il görüşənədək. :)

PS-Yazı Yanvar ayı boyunca yazılmışdı. Zaman sərfləri olsa üzrlü hesab edin.


Ardını oxu

Bu imtahanlar da belə :)

Yazdı :

Imtahanlar bitdi..Nəhayət ki..Yeni sesiyada yeni əhval ruhiyələr, daha doğrusu bəzi yeniliklər gördüm.Əvvəla qiymətlərin qiyməti qalxmışdı.Məlum məsələdi yaxınlarda böhran gözlənildiyindən müəllimlər indidən özlərini siğortalamaq fikrindədirlər..Nəzarətçilər yumşalıb diyəsən..Onlar haqqında belə düşünürəm ki, hər halda dünyanın müxtəlif yerlərindən gələn əcaib səslər qorxudub.Artıq dünyanın sonunun yaxınlaşdığını dərk edirlər.Az da olsa günahların yumaq istəyirlər.Gecə yuxularına imtahandan çıxardıqları tələbələr girib yəqin.Nəysə qısaca hər şey yaxşılığa doğru gedir.

BDU-da imtahan gedən hər bir otağa telefon xətti çəkilib.Telefon aparatları qoyulub.Kamera nəzarəti zamanı kənar hallar baş verərsə həmin otağa zəng vururlar..Bir dəfə bizim otağa zəng gəldi.Həmin an ürəyimə kardioloji aparat qoşulsaydı döyüntülərimi saya bilmədiyindən tüstülüyərdi..Çünki həmin an iş başında idim :) ..İmtahanlarmız adrenalin və horror filmlərinə dönüb :)

Bir məsələyə də toxunmaq istərdim.Azərbaycansayağı axtarış sistemlərimiz..Düzdü axtarış sistemi bizim deyil.Amma nəticələr bizimdir.Sonuncu imtahanda, Tarix imtahanında xüsusilə çətinlik çəkmişdim.Google.az-da nə qədər məlumat axtarsam da xəbər saytlarından başqa heç nə apa bilmədim..Google.com.tr-yə həmin sözün türkcəsini axtarıram və yetəri qədər material gəlir.. Wikipedia-mızda ciddi problem var.Adi hər kəsə bəlli olan bir hadisəni axtarırsan və Sorğunuza uyğun nəticə tapılmadı deyə bir cümlə ilə qarşılaşırsan.Bildiyim qədəri ilə wikipedia-nın hər ölkədə adminləri var.Bu adminlər məlumatın yerləşdirilməsinə və redaktəsinə nəzarət edirlər.Daha doğrusu bizdə etmirlər  diyəsən.Əldə etdiyim məlumatlar isə bele lap gülməli :) fikir verdim hamsı adi tərcümə proqramlarında türk dilindən edilmiş bir tərcümədi.”Karib böhranı” adlı mövzu axtarırdım..Düzdür ətraflı məlumat var idi..Amma türk dilindən kopya olunması aydın hiss olunurdu.Cümlələrə baxaq “ABŞ-ın onsuz da Kubanı işğal etmək fikri olmamışdır” cümlə eynilə Azərbaycan cümləsinə bənzəyir ama Azərbaycan dili qramatikasında olmamışdır yerinə-olmayıb işlənir.Olmamışdır türk qrammatikasına xasdır.Ən maraqlısı isə sözlərin düzgün tərcüməsi yox idi.Cümləyə fikir verək “Kubaya qarşı olan ablukaya son veriləcəyini və Kubanı işğal etməyəcəyi təminatını vermişdi” bu cümlədə abluka sözünü görən hər kəs hansısa tarixi termin zənn edər.Halbuki bu türk dilində mühasirə deməkdir..Nəysə dediyim odur ki, bir az tənbəlliyi qırağa atıb özümüzə məxsus bir material bazası yaratsaq yaxşı olar..

İmtahanları da bitəhər beləcə VERƏ VERƏ getdik.Növbəti sesiyaya “Hazırlaşmaq” lazımdır.


Ardını oxu

Əsas odur ki, nəticə olsun.

Yazdı :

Nəticənin necə əldə olunması maraqlı deyil əsas "nəticədir". Nəticədənsə prosesin necə getməsi araşdırılmalı sonra nəticə adı vermək olar. Lakin bu heç vaxt olmayacaq çünki əsas odur ki, o *sürünün içərisində özünü **çoban kimi hiss etmək istəyir.


Nəticə.  Bu gün bu sözün adı var ancaq yoxdur.  Bizdə hər şey belədir. Artıq bir gün hər şeyin olmayacağını düşünərək dəli olacam. Mən sizə nəticə və onun problemləri haqda danışacam. Nəticə nədir? Nəticə hadisələrin sonu və bundan sonra verilən ədalətli qərardı. Söhbət bildiyiniz kimi bir tələbənin, şagirdin alcağı nəticədən gedir. Yəni qiymət. Azərbaycan universitetlərində heç birində oxumaq yoxdur amma nəticə var. Əgər araşdırsaq bizim müasir cəmiyyətimiz nəticəni necə əldə etməyi düşünmür. Əsas odur ki, çobanlıq etmək üçün bu adı çəkilən nəticə olsun. Fərqi yoxdur sən onu pulla həll etmisən ya testi alıb əzbərləmisən. Əsas odur ki, oxumaq olmasa da olar. Amma nəticə var. Bunu üstəlik nəticə adlandırmağa belə cürət edirlər. Bu məncə ən böyük həyazıslıqdır. Bunu mən də öz boynuma alıram ki, dərs oxumağım az olub lakin testi tapmaqla cavabı tutaraq qiymət almışam. Lakin mənim əsas fərqim bu oxumağı pulla almamağımdır. Bəs mən və sizlər nə vaxta kimi belə davam edəciyik? Bizə axı doğrudan nəticə lazımdır. Demək sürünə-sürünə həyatımızı davam edəcəyik. Əsas məqsədimiz pul qazanmaq olacaq. Fərqi yoxdur onu  hansı üsülla edəcəyik. Əsas odur ki, pul olsun.  Həmin ki, xəstəlikdir əsas odur ki, olsun.  Proses alınsın amma nəticə olsun. Bizlərin yeganə üsulu bunu alt-üst etmək üçün özümüz universitet olmalıyıq. Başqa yol yoxdur. Biz universitet olaraq məqsədimizə (hansısa ixtisasa yiyələnmək) çatmaq üçün sözün əsl mənasında savad almalıyıq. Lakin bir şey var ki, bunu etmək üçün mütləq hər bir oxuyan tələbənin dünyagörüşü olmalıdır. Çünki dünyagörüşsüz tələbə  iradəsiz bir insandır. Ona istənilən “cəmiyyət” (qruplaşma) təsir edə bilər. Təsir adətən çox alçaldıcı olur. Səbəb həmin “cəmiyyət” azad fikirli insanı qəbul etmir və onu məhv etmək üçün əlindən gələni edir. Beləliklə bununla mübarizə aparmaq üçün dünyagörüşlü olmaq mütləqdir.

Müəllif: İlqar Abbas
P.S: Fikrinizi bildirməyi unutmayın.

*lider
**bir qrup ağılsız 
 

 

 

Permalink | Leave a comment  »

Ardını oxu

Kirpi Kirpizadə-dən Ad Çək!

Yazdı :

Ad cek Silsilesinden:
Etibar Salmanli en cox adi cekilen adam! Onu cox isteyirem! Calishgan ve İstedadli gencdi! Ama Lovga ve cox danishandi! Blogundaki yazilari kutleye hesablanib! Nece, kimle ve negeder icmeyinden daishmaqi sevir bu da meni sıxır! :)
Resh Ali Televizyon kimi adam o danishsin sende axzini ac ve dinleş Maraqli ve Herterehli insandi (qisa muddetdi taniyiram Buda onun gunahididostlugumu gec gebul etdi) )))
Tim Taler Her 100 Azeribaycanliya 1 Zaur Qurbanli gerek! Onu Vicdan anlayishina ve Altruizmine heyranam!
Elvin Kamal beni bir gun sen katil ediceksin be adam! Yada menden qabaq dushen olacaq! :)
5 Ali Akberi sevirem. ama bu romantik sevgi deil, Meni onun onun dushunce terzi ve Hazircavablizi valeh edir!
Ismi Shahzade Senin eskerlikde 1 gununu izlemek isterdim ))
Nazli Hellespont Penceliyeva Mene gore sen ideal Qadinsan! Sende her shey var Gözellik, aqil, yumor, Hazircavabliq, intellekt!
AR TI Dostlarim arasinda encox senle savashmisham en esebi animda bele seni dostlugdan silim veya silmeyim deye tereddud etmishem. Tereddud ediremse silmemeliyem demishem! Wall-e :)
Ra Sim O Hele ne yatmisanki ne yuxu qoresen a bala :) )))
10 Uzeyir Mammadli :) Sen ickili olanda daha maraglisan :)

Haminizi Sevirem ve Ugurlar Arzulayiram!!!


Ardını oxu

özümlə dialoq

Yazdı :

yazax
nədən yazax?

öləy?
yox, ölməklə də bi pox olan deyil deyəsən.

bə nağarax?
bəlkə normal adam olax?

yalannan facebook`da hamıya bir bir doğum günün qutlu olsun, nə bilim 100 yaşa zad yazax?
onsuz da sağ tərəfdə görünür həmən gün kimlərin ad günüdü.

özümüzdən də amerika açmayax

sonra da hamı səni təbrik eləsin
sən də uzağı bir bir sağol yaz, ya da like elə getsin, olmadı bi dənə status yaz ki, hamınızı sevirəm zad. çox sağolun, nə yaxşı ki varsınız, siz olmasanız neyniyərdik zad.

yola verməyin yolları çoxdu şükür.

insanlara özünü olduğun kimi qəbul etdirmək əziyyətindən qurtulax

bekarçılıx?
deyəsən hə.

bəs əlac?
deyəsən yoxdu

niyə?
nə bilim

zarafatsız bəs nağarax?
izlənəcək n qədər film varkən?
oxunacaq n qədər kitab varkən?
görüşəsi olduğun bi xeyli insan varkən?
gəziləcək o qədər yer varkən?

axırıncı sayılmır, pul yoxdu.
olsun ilk 3`ü.

nə bilim.

təslim olax?
başqa alternativ?

yoxdu deyəsən.
məncə də

100 faiz yoxdu başqa alternativ?
səncə?
nə bilim, bəlkə var?

bəlkə

ölək?
o da maraqsızdı axı
əslində maraqlıdı
bir az
xeyli
əslində hə

gedək
hara?
nə bilim
?

bu gün üçün planın?
dünənkinin eynisi
bəlkə bir az dəyişiklik?
səbəb?
insan olmaq
nəyimə lazımdı?

son qərarın?
heç nə daha doğrusu həmşəki kimi
bəlkə bir günlük rolunu ifa edəsən?
nə bilim, olmaz yəqin
niyə?
nə bilim
bildiyin bir şey?
nə bilim?

nəysə onda özün bilərsən
sən kimsən?


Filed under: Uncategorized Tagged: dialoq, facebook, zad Ardını oxu

Gömülən şəhər…

Yazdı :

Gedək bu şəhəri gömməyə

Yuyulmamış,

Quran oxunmamış kimi

Bir damcı göz yaşı da axıtmayaq

Axıtdırdığı günlərə saysın şəhər

***

Hava buz kəsir

Üşüyəcək yerin altında şəhər

Bir az da o cavab versin

Tanrı suallarına

Bir az da o yansın

Çəkdirdiyi əzablara görə.

***

Cənnət üzü görməyən, şəhərim

Buruqlarla burulan, şəhərim

Qanı, ürəyi, nefti sorulan, şəhərim

Onlar səni

Sən bizi bitirdin, şəhər

***

Məzarını dərin qazacağıq bu gecə

Heç bir xatırlayanın olmayacaq

Sinədaşına bir qərənfil də toxunmayacaq

Tikanlar bürüyəcək hər yanını

Sən orda çürüyəcəksən…

Artıq yoxsan, şəhər…

28.01.2012

00:30

 


Ardını oxu

Yaşasın fəhlə sinfi

Yazdı :


“Yaşasın fəhlə sinfi!” şüarının nəyi pis idi?
Bu şüardan imtina edən sağ zihniyyət – Əbülfəzçilər və Heydərçilər – xalqın adından danışır, danışmağı sevir. Bıraxın Sarkozi üzərindən vətənpərvərlik artistliyini eləməyə. Vətən Sarkozidən başlamır, vətən fəhlədən, fəhlə əməyindən başlayır. Alverçi müsəlman əbədi məğlubdur. Əməyin, istehsalın qədrini bilməyən müsəlman əbədi luzerdir. Ürətməyən – heç bir sahədə ürətmir.
Planetin harasına baxsan, müsəlman alverlə, dönərlə-kababla uğraşar, yəni özünün və başqalarının qarnıyla.
Planetin hər bir yerində erməni idmançıya, rokçuya-popçuya, alimə, köşə yazarına, siyasətçiyə, parlament üzvünə rast gələrsən.
Azərbaycanda ən yaxşı çəkməçilər, dərzilər, bərbərlər, bənnalar, ustalar ermənilər idi. Onların qovulmasına, yerlərinin göy satanlarla və eşşəkş.ikənlərlə əvəz etməyimizə bir bəşəri qələbə kimi baxırıq. Kor (sağ) milliyətçilik dayaz, mənasız, zərəli olur və beyinsiz küçə kütləsinə hesablanıb. Elə bir beyinsiz ki, onlara azadlıq vəd edib qul edərsən, onlar qul olar, amma qul ola-ola azad olduqlarını zənnedər. Onlar həqiqi azadlığın, həqiqi patriotluğun nə olduğunu anlamaz, həqiqəti illyuzor oyuncaqlarla və əyləncələrlə əvəz edər.

Erməni sənin ayaqqabını təmir edib əvvəlinci halına qaytarardı, pulunu əməyinə görə alardı, aldatmazdı. Sən düz əməlli təmir etmədiyin ayaqqabıya pul oxuyursan... Erməni bütün dünyaya atır, sən özününkünə.

Bu gün Türkiyədə və Azərbaycanda patriotluğun trendi Sarkoziyə söyməkdir. Yazıqlar, Sarkozi sizin varolduğunuz haqda heç bilmir. Türkiyənin və Azərbaycanın xəritədə yerini bilməyən sevdiyi qadını - füsünkar Karlanı - qucaqlayıb kainatın keyfini çıxardır. Sənsə hayrünnisəsən. Əməkçini amerikançıların ayağına verən, Denizi asdıran emine zihniyyətisən.

Erməni əməkçidir. Özü üçün də zəhmət çəkər, vətəni üçün də, 1400 yaşı olan ümummilli ideologiyası üçün də. Sənin heç milli ideologiyan yoxdur. Çünki milliliyin yoxdur, olanı da saxtadır. Çünki adam başına düşən ümummilli liderlərinin sayına görə dünyada birincisən. Çünki sən nəsənsə, liderlərin də odur.

Erməni əməkçidir. Öz əməyi ilə yalanını həqiqətə çevirdi. “Hayal idi, gerçek oldu.”
Sən əməkçi deyilsən. Ona görə haramla yaşarsan. Əməkçi olmadığın üçün də başqalarının əməyinə qiymət vermərsən. Əməkçi olmadığın üçün də kommunistlərin fədakar əməyinə tüpürdün, onların “Yaşasın fəhlə sinfi” şüarını cırdın atdın. Ona görə kommunistlərin “Əməyə eşq olsun!” şuarının əvvəlinə həmişə “D” hərfi əlavə edərdin.

Erməni əməkçidir, ona görə də yaradıcıdır, yaradır, qurur. Səhraya düşsə, meşəyə çevirir.
Sən isə əməkçi deyilsən, ona görə də yaradıcı deyilsən, mənasız bərbəzəyə aludəsən. Meşəni səhraya çevirərsən.
Müsəlmanlaşandan belə olmusan. Sənin dədələrin heç vaxt yeni ərazilərə köçməkdən çəkinməyib, daima hərəkətdə olub, yeni ərazilər kəşv edib, yeni yurdlar salıb, sıfırdan, əməyi ilə. O qədər yaradıb ki, bu gün də ermənilər oğurlayır oğurlayır, bitmək bilmir. Ermənilər zəhmət çəkib sənin dədələrinin mədəniyyətinə sahib çıxır, sən isə qoyun kimi gözünü döyürsən, arvad kimi Sarkozinin arxasınca söyürsən, müsəlman kimi lənətləyirsən. Sənin heç mi günahın yox? Bəlkə sən gündəlik həyatında bir saat ərzində bir neçə günah işlətmirsən? Sarkoziyə günahsız azərbaycanlılar daş atsın.

Yaşasın əməkçilər! Yaşasın fəhlə sinfi! Vətənin qurucusudur fəhlə və sol zihniyyətli ziyalı. Fəhləni, əməyi ancaq solçu ziyalı tərənnüm edər. Sənin sağçı ziyalın kütlənin ağzını güdür, 5-10 beyinsizin tərifinə, əl çalmasına ehtiyac duyur, traktorçuya, kolxozçuya, mühəndisə həsr olunmuş sovet filmlərini ələ salır. Bu 20 ildə heç düz əməlli bir film də çəkməmisən. Müstəqilsən, neftini “sovet imperiyası mənimsəmir”, pulun var, çəksənə bir normal film....

Sarkozini unudacaqsan. Ağıllı ol. Şüurun olsun. Planın-proqramın olsun. Zəhmətin olsun, əməklə yavaş-yavaş planını həyata keçir. Həyat davam edir. Bu günün qalibi başqa bir gün məğluba çevrilə bilər. Çevirə bilən olsa. Çevirə bilən sən ol. Ola bilirsənsə. Sarkoziyə söyməyin olabilməməndəndir.

Vətən fəhlədən, əməkdən başlayır. Sənin əməyin ümumi vətən divarında bir kərpic olsun. Kərpiclərin və onları birbirinə birləşdirən palçığın keyfiyyətli olmaq şərtilə. Sən hörəcəksən vətən Divarını, Sarkozi yox.
Ardını oxu

WordPressin Real Serverdə quraşdırılması

Yazdı :


WordPressi Local Serverdə quraşdırmağı öyrəndik növbə gəldi Real Serverdə quraşdırmağı öyrənməyimizə. WordPressi Real Serverdə quraşdırmağın bir neçə yolu var:

1.Bəzi hostinglər WordPress kimi bir çox CMS-i avtomatik quraşdırmaq üçün proqram təminatına malikdir. Bir düyməyə basmaqla WordPress quraşdırılır.
2.FTP ilə serverə upload etməklə
3.Cpanel ilə Ardını oxu

Adlarınızı çəkdim :P

Yazdı :

Adları cəkirəm, diqqətlə oxuyun :P

İlk çəkəcəyim ad Əli Hacızadə. Bu insanın seminarında iştirak edəndə hələ çox öyrənməliyəm deyə düşünürəm. Erməniləri çox gözəl yamsılayır.Yeganə paylaşdığım xəbər portalı Gülüstan.ws dır.

Daha sonra İlqar Mirzə.Deyərdim ki,Sumqayıt bloggerlərinin sponsorudur yaxşı mənada :) Sumqayıtda bloggerlərin inkişafı üçün hər şey edən ikinci bir adam tanımıram. Sumqayıtlı bloggerləri bunu davam etdirə bilməsə də, hər şeyə görə çox sag ol!Ama bir xasiiyəti var ki, heç xoşuma gəlmir.Hətta dostluqdan çıxarmışdım.Ama sonra peşman olmuşdum.

Bu xanımın yazılarını həmişə paylaşıram.Söhbət blogger Əsmər Kərimlidən gedir.Ama öz aramızdır daha əvvəlki kimi yazılarını paylaşmır :P

Fuad T.Şahbazov bu insanın yanında baş kəsmə.o saat statusda yazılacaq :) aqresivdir…demek isteyirem ki, sözü də deyərkən elə demək lazımdır ki, qarşındakının xətrinə dəyməsin.

Gülnar Musayeva bir dəfə hansısa yazısında möhkəm mubahisəsi olmuşdu və bizi köməyə çağırmışdı.Yazını yazmamışdan qabaq hansı rəylərini gələcəyini təxmin edib sora yazmaq daha məsləhətlidir :)

Aytən Bdu bu xanımla o qədər də tanışlığım yoxdu ..ama bloq yazılarını çox bəyənirəm.

Lvin Can Turan bloq yazılarımın sadiq oxucusu…Təşəkkürlər :)

Araz Huseyn mənim qardaşım, həm də böyük bacım :)

İlkin Seyidzadə hekayələri xoşuma gəlir.Rejissorlarımız üçün yaxşı ssenari :)

Sonda Etibar Salmanlı haqqında xoşa gəlməz fikirlər çatıb qulağıma… bilmirəm realda həqiqətən elədir , yoxsa yox … ;)

 

 


Ardını oxu

Əsəb 2…

Yazdı :

Pəncərədən baxdığım anda gördüyüm qar haqda düşünərkən ağlıma gələn onun 6 guşəsinin yadıma saldığı riyaziyyat fənnindən nifrət edən cəmiyyətin bir parçası olduğumuzu unutmayan gəncliyin görəcəyi işlər sırasına şəhidliyi əlavə etməsindən sevinən bir qrup vətənpərvər 20 yanvar günü soyuq havada 22 il əvvəlki faciənin qurbanlarını yad etməklə əslində o qədər də unutqan olmadığımızı sübut etmək istərkən vətənpərvər ruhumuzu oyadan başqa bir hadisənin cərəyan etməsini diləyən mən və mənim kimi digər insanların 2 gün sonrakı vəziyyəti heç də bu cür olmadığını bizə başa saldıqda keçirdiyim utanclıq hissindən kənara çıxa bilmədiyim üçün elə o hislə yeriyərək 4 kilometr yol getdiyimi hiss eləməyərək evə çatdığımda xəbərlərdə Fransanın etdiyi hərəkəti eşidərkən “Budur, danışmağa təzə mövzu tapıldı” proqnozunu verdiyim anda Facebooka girdiyimdə proqnozumun düz olduğunu bildiyim dəqiqə daha internetdə qala bilmədiyimdən TV qarşısına keçmək qərarını verdiyim halda da bu dəfə Hacıbala Abutalıbov cənablarının etdiyi çıxışı və dediyi “Qoşqu” sözü mənə bu ilin Facebook adamının məhz bu cənabın olacağını hiss etdirərkən marağımı oyanmasına görə girdiyim internet aləmində dediyim kimi çıxdığını görmək qürur verdiyindən bu barədə ağız dolusu statuslar yazmaq istəsəm belə “hamı kimi olmamaq” fikri o istəkləri basdırdığı üçün bir neçə günün keçməsini gözləyərək və bu hadisələri başqaları unutmağa başladığı anda post yazmaq eşqinə düşərək əvvəldə yazdığım kimi pəncərədən gördüyüm qara baxmağı dayandırıb İlham pərimi yanımda götürərək əziyyətini çəkərək və siz tərəfdən bəhrəsini görəcəyimə ümid edərək girişdim bloqa.


Ardını oxu
Wordpress Themes - Wordpress Video Themes - Wordpress Travel Themes - WordPress Restaurant Themes